Başqırdıstan sənayesi
Başqırdıstan sənayesi — Başqırdıstan Respublikasının iqtisadiyyat sahələrindən biri. Başqırdıstan Respublikasının sənayesi Başqırdıstan Respublikasının Sənaye və İnnovasiya Siyasəti Nazirliyinin səlahiyyətlərinə aiddir.
== Ümumi məlumat ==
Sənaye məhsulunun həcmi 640,4 mlrd. rubldur. (2009). Sənaye istehsalının sahəvi strukturu (2003, %-lə): yanacaq 37,7, maşınqayırma və metal emalı 17,3, kimya və neft-kimya 13,3, elektroenergetika 10,5, yeyinti 7,4, qara metallurgiya 2,8, əlvan metallurgiya 2,2, meşə, ağac emalı və sellüloz-kağız 2,1, tikinti materialları sənayesi 2, və s. Tuymazı, Şkapovo, Arlan və sair yataqlardan neft çıxarılır (əsas neftçıxarma şirkəti “Baş neft”dir). Aparıcı neft emalı müəssisələri: “Başneftexim” (RF-də ümumi neft emalının 10–12%-i), Novoufimsk neft emalı zavodu. Başqırdıstan özünü hasil etdiyi elektrik enerjisi ilə tamamilə təmin edir (Karmanov DRES-i).
=== Maşınqayırma ===
Maşınqayırma sahəsi gübrə maşınları, metalkəsən və ağac emalı dəzgahları, neft aparaturası, özüboşaldan maşınlar, avtobuslar, kimyəvi avadanlıqlar və kabel istehsalında ixtisaslaşır.